Gürcü nazir vida matçı keçirəcək
06 mart 2013 18:37 (UTC +04:00)

Gürcü nazir vida matçı keçirəcək

Gürcüstanın energetika və təbii sərvətlər naziri postunu tutan sabiq futbolçu Kaxa Kaladze yazda vida matçı keçirməyi planlaşdırır. Lent.az-ın məlumatına görə, bu barədə Kaladzenin özü “Rezonansi” qəzetinə açıqlama verib.

 

O, bildirib ki, azarkeşlərə vədini havalar istiləşən kimi mütləq yerinə yetirəcək. Nazir bu məsələyə dair Gürcüstan Futbol Federasiyası ilə müəyyən əməkdaşlığın mümkünlüyünü söyləyib. Kaladze hər şeyin öz hesabına olacağını açıqlayıb.

 

Qeyd edək ki, Kaxa Kaladze peşəkar futbolçu karyerasını 2012-ci ilin mayında başa vuraraq, siyasətlə məşğul olmağa başlayıb. Gürcüstanda keçirilmiş parlament seçkisində o, qələbə qazanan “Gürcü arzusu” koalisiyasının fəal üzvü olub. Baş nazir Bidzina İvanişvili Kaladzeni energetika və təbii sərvətlər naziri təyin edib. Sabiq müdafiəçi vaxtilə Gürcüstanın “Dinamo” (Tbilisi), Ukraynanın “Dinamo” (Kiyev), İtaliyanın “Milan” və “Cenoa” klublarının formasını geyinib. Kaladze Çempionlar Liqasını 2 dəfə qazanmış yeganə gürcü futbolçudur. O, 4 dəfə Gürcüstan, 3 dəfə Ukrayna, 1 dəfə İtaliya çempionu olub, yığmada 83 oyuna 1 qol vurub, 4 dəfə ölkəsinin ən yaxşı futbolçusu sayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 916
avatar

Oxşar yazılar