Gündə 11 dəqiqə idman haqda düşünün
06 mart 2015 14:49 (UTC +04:00)

Gündə 11 dəqiqə idman haqda düşünün

 

İdmanı xəyal etmək belə əzələləri gücləndirir

 

Alimlər idmanı xəyal etməyin sizi güclü etdiyini, əzələləri möhkəmləndirdiyini və əzələ atrofiyasını dayandırdığını kəşf edib.

 

Lent.az-ın “Daily.mail”ə istinadən xəbərinə görə, yeni araşdırmalar idmanı xəyal etməyin idman zalında idman etməklə eyni təsirə sahib olduğunu ortaya çıxarıb.

 

Nəticələri “Neurophysiology” jurnalarında dərc olunan araşdırmaya görə, sadəcə idman etdiyini xəyal etmək əzələləri bərkidib, əzələ atrofiyasını gecikdirərək insanı gücləndirir.

 

Araşdırma zamanı iştirakçıların bir qrupuna 4 həftə boyunca 5 gün ərzində sadəcə 11 dəqiqə idman etdiyini xəyal etmək tapşırılıb. Digər qrupa heç nə tapşırılmayıb.

 

Nəticələr beynin və bədənin çox sıx bağlı olduğunu bir daha təsdiqləyib. İdmanı xəyal edənlərin etməyənlərdən iki qat daha güclü olduğu ortaya çıxıb.

 

Alimlər bunu beyin korteksi və onun əzələ hərəkətlərini idarə etməsi ilə əlaqələndirirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 147
avatar

Oxşar yazılar