Güləşçilərimiz  Dünya Kubokuna yollanır - HEYƏTLƏR
15 fevral 2013 16:24 (UTC +04:00)

Güləşçilərimiz Dünya Kubokuna yollanır - HEYƏTLƏR

Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə milli komandaları İranın paytaxtı Tehranda keçiriləcək Dünya Kubokunda mübarizə aparacaqlar. Lent.az-ın məlumatına görə, əvvəlcə yunan-Roma güləşçiləri döşək üzərinə çıxacaqlar.

 

Fevralın 19-da başlanacaq yarışda ölkəmizi Eldəniz Əzizli (55 kq), Taleh Məmədov, Sakit Cəlilov (hər ikisi 60 kq), Rəsul Çunayev (66 kq), Şamil Ertuqanov, Niyaməddin İbrahimov (hər ikisi 74 kq), Rafiq Hüseynov (84 kq), Şalva Qadabadze, Saman Təhmasibi (hər ikisi 96 kq) və Radomir Petkoviç (120 kq) təmsil edəcək. İki gün davam edəcək turnirdə Rusiya, Türkiyə, İran, Belarus, Qazaxıstan, Bolqarıstan, Cənubi Koreya, Ermənistan və Macarıstan güləşçiləri də mübarizə aparacaqlar.

 

Fevralın 21-də isə sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar. İki gün davam edəcək yarışda pəhləvanlarımızdan Mahmud Məhəmmədov, Qalib Əliyev (hər ikisi 55 kq), Ağahüseyn Mustafayev (60 kq), Ruslan Dibirhacıyev (66 kq), Əşrəf Əliyev (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq), Əli İsayev və Aslan Dzebişov (hər ikisi 120 kq) çıxış edəcək. Digər ölkələr isə Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxıstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə olacaq.


Güləşçilərimizlə birgə beynəlxalq dərəcəli hakim İntiqam Alıyev də qonşu ölkəyə yollanacaq.

Yarışın proqramına əsasən, fevralın 18-də yunan-Roma güləşi üzrə, fevralın 20-də isə sərbəst güləş üzrə püşkatma mərasimi keçiriləcək. Püşkatmanın nəticəsinə əsasən, komandalar iki yarımqrupda mübarizə aparacaq. Yarımqrupun liderləri finalda, qrup ikinciləri isə, 3-cü yer uğrunda görüşəcək.

 

Qeyd edək ki, yunan-Roma güləşçilərimiz böyük məşqçi Nasir Burbaxış, məşqçilər Nezafet Dost Cəfər və Əsgər Musavinin, sərbəst güləşçilərimiz isə baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında çıxış edəcəklər.

# 951
avatar

Oxşar yazılar

“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12
Bukmeker kontoru mərc dünyasında  inqilaba   hazırlaşır

Bukmeker kontoru mərc dünyasında inqilaba hazırlaşır

5 may 2024 , 12:59
Runi  futbol əfsanələri   ilə işləyəcək

Runi futbol əfsanələri ilə işləyəcək

5 may 2024 , 11:56
Futbol oyunu  50:0 hesabı   ilə başa çatdı

Futbol oyunu 50:0 hesabı ilə başa çatdı

5 may 2024 , 09:51
“Jirona” tarixində ilk dəfə Çempionlar Liqasına VƏSİQƏ QAZANDI

“Jirona” tarixində ilk dəfə Çempionlar Liqasına VƏSİQƏ QAZANDI

5 may 2024 , 07:55
“Real”  36-cı dəfə   çempion oldu

“Real” 36-cı dəfə çempion oldu

4 may 2024 , 22:07
“Barselona” bu müdafiəçi ilə müqaviləsini uzadır

“Barselona” bu müdafiəçi ilə müqaviləsini uzadır

4 may 2024 , 20:00