General və deputat velosiped sürdü <span style="color:red;">- Bakının mərkəzində
02 fevral 2015 11:56 (UTC +04:00)

General və deputat velosiped sürdü - Bakının mərkəzində

2 Fevral - Gənclər Günü münasibətilə Bakıda “Gənclik veloyürüşü” keçirilib. Lent.az-ın məlumatına görə, yürüş “İRƏLİ” İctimai Birliyi, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyinin, Azərbaycan Velosiped İdmanı Federasiyası, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi və Dövlət Bayrağı Meydanı təşkilatçılığı ilə keçirilib.

Dövlət Bayrağı Meydanından start götürən yürüşdə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev, Milli Məclisin üzvü Fuad Muradov, "İRƏLİ" İctimai Birliyinin sədri MirHəsən Seyidov, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev də iştirak edib. 200-dən artıq həvəskar və peşəkar velosipedçinin qatıldığı "Gənclik Veloyürüşü" Azadlıq Meydanında başa çatıb.

Qeyd edək ki, veloyürüşün əsas məqsədi sağlam həyat tərzi ilə bağlı gənclər arasında təbliğat işlərinin aparılması, gənclərin asudə vaxtının səmərəli təşkili və onlara Azərbaycan Gəncləri Gününün əhəmiyyətinin aşılanması olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Oxşar yazılar