Gənclər və İdman Nazirliyi hərbi hissədə görüş keçirəcək
25 yanvar 2013 12:38 (UTC +04:00)

Gənclər və İdman Nazirliyi hərbi hissədə görüş keçirəcək

 

2 fevral - Azərbaycan gəncləri günü münasibəti ilə bir qrup ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, yaradıcı gənclərdən ibarət heyətin iştirakı ilə Goranboy rayonu ərazisindəki “N” saylı hərbi hissədə görüş keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 29-da baş tutacaq tədbirdə əsas məqsəd cəbhə bölgəsində xidmət edən gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsinə və asudə vaxtlarının səmərəli təşkilinə kömək etməkdir.

 

Görüş zamanı hərbi hissədə xidmət edən əsgər və zabit heyəti qarşısında yaradıcı və istedadlı tələbələrin iştirakı ilə konsert proqramı təşkil ediləcək, hərbi xidmətdə fərqlənən bir qrup gizir və əsgərə Gənclər və İdman Nazirliyinin diplom və xatirə hədiyyələri veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669
avatar

Oxşar yazılar