Futbolçu topdaşıyanı təpiklədi
24 yanvar 2013 13:17 (UTC +04:00)

Futbolçu topdaşıyanı təpiklədi

İngiltərənin “Çelsi” klubunun futbolçusu Eden Azar İngiltərə Liqa Kubokunun yarımfinalında “Suonsi” ilə cavab görüşü zamanı topdaşıyanı təpiklə vurub. Lent.az-ın məlumatına görə, hadisə 79-cu dəqiqədə baş verib.

 

Azar meydanın hüdudlarından kənara çıxan topu yeniyetmədən almağa cəhd edib. Həmin oğlan isə topun üstünə uzanaraq, 22 yaşlı yarımmüdafiəçiyə müqavimət göstərib. Bu zaman Azar topu alıb və yerə uzanan topdaşıyanın qabırğasına təpik atıb. Oyun 0:0 hesabı ilə başa çatıb. İlk görüşdə 2:0 hesabı ilə qalib gəldiyi üçün “Suonsi” finala yüksəlib.

 

Qeyd edək ki, Eden Azar 2011 və 2012-ci illərdə Fransanın ən yaxşı futbolçusu seçilib. Ötən ilin yayında o, “Lill”dən “Çelsi”yə keçib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 896
avatar

Oxşar yazılar