“Selta”nın ispaniyalı futbolçusu Enrike de Lukas “Sevilya” ilə ölkə çempionatı matçı zamanı pivə içib. Lent.az-ın məlumatına görə, start heyətinə düşməyən fransalı yarımmüdafiəçi ehtiyat oyunçular skamyasında “pivələnib”.
34 yaşlı futbolçu 75-ci komanda yoldaşının əvəzinə meydana girərkən içkili, komandası isə 1:4 hesabı ilə geridə olub. Amma o, vəziyyəti dəyişə bilməyib və “Selta” elə bu hesabla uduzub.
Qeyd edək ki, Enrike de Lukas əvvəllər İspaniyanın bir sıra klublarında, habelə Fransanın PSJ və İngiltərənin “Çelsi” komandalarında oynayıb. O, “Selta”ya 2010-cu ildə keçib.