İsrailin “Hapoel” (Rişon) komandasının futbolçusu Lior Asulin “Hapoel” (Nazaret) klubu ilə ölkə çempionatının oyunu zamanı həbs olunub. Lent.az-ın məlumatına görə, 0:0 hesabı ilə başa çatan matçın fasiləsində polis Asulini keçmiş həyat yoldaşına 4 min dollar aliment borcu olduğu üçün saxlayıb.
Rişon klubunun rəhbərliyi qarşılaşmadan dərhal sonra həmin məbləği ödəyəcəyi barədə hüquq-mühafizə orqanlarını inandırmağa çalışsa da, bu, alınmayıb. Nəticədə baş məşqçi oyuna yeni futbolçu daxil etməli olub.
Qeyd edək ki, Lior Asulin “Hapoel”ə mövsümün əvvəlində keçib. 32 yaşlı hücumçu 12 oyuna 3 qol vurub.