Futbolçu məşhur idman şərhçisinin dilini kəsəcək
16 aprel 2013 18:40 (UTC +04:00)

Futbolçu məşhur idman şərhçisinin dilini kəsəcək

Rusiyanın “Lokomotiv” klubunun futbolçusu Roman Pavlyuçenko “NTV-Plyus” idman kanallarının baş redaktoru Vasili Utkini hədələyib. Lent.az-ın məlumatına görə, Rusiya millisinin sabiq hücumçusu məşhur futbol şərhçisinin dilini kəsəcəyinə söz verib.

 

Bu barədə Utkin öz mikrobloqunda yazıb. Teleşərhçi “Exo Moskvı”nın efirində Pavlyuçenkonun son zamanlar Moskvadakı karaoke-klublardan birinə tez-tez baş çəkdiyini deyib. Onun sözləri futbolçunun kəskin reaksiyası ilə qarşılanıb.

 

Utkin yazıb: “Roman Pavlyuçenko zəng etmişdi. Söz verdi, inanmazsınız, dilimi kəsəcək. Mən də deyirəm ki, buyur, işə başlamaq vaxtıdır! Xeyr, mən zarafat etmirəm. Romanın da ciddi olduğunu və ya karaokedə yaşananların təsiri altında belə danışdığını bilmirəm. Yalan danışmayacağam. Mən narahatammı? Narahat deyiləm. Çünki Roma dağılan deyil”.

# 738
avatar

Oxşar yazılar