Futbolçu bir təpiyə 5 dişini itirdi
27 fevral 2013 15:02 (UTC +04:00)

Futbolçu bir təpiyə 5 dişini itirdi

Futbol üzrə Rumıniya çempionatında ÇFR - lə “Vasluy” arasında keçirilmiş oyun zamanı  Jivko Milanov çənəsindən güclü zərbə alib. Lent .az-ın məlumatına görə, “Vasluy”un bolqarıstanlı legioneri  5 dişini itirib.

 

Onu təpiklə ÇFR-in portuqaliyalı oyunçusu Kadu  vurub. “Vasluy” un baş məşqçisi Viorel Xizo bu hərəkəti cinayət adlandırıb.

 

İnsident matçın ilk yarısının sonlarında baş verib. Kadu qırmızı vərəqə alıb, Milanova isə xəstəxanaya çatdırılıb. Bolqarıstanlı futbolçu dişlərindən 2-ni dərhal itirib, daha 3 dişini isə xəstəxanada çıxarıblar.

 

Qeyd edək ki, Rumıniya çempionatında 20 turdan sonra “Vasluy” 36 xalla 4-cü, ÇFR 33 xalla 6-cı yerdə qərarlaşıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1387
avatar

Oxşar yazılar