İsrailin "Beytar" futbol klubu öz adına ABŞ-ın hazırkı prezidenti Donald Trampın soyadını əlavə edib.
Lent.az-ın “Report”a istinadən xəbərinə görə, bu addım ABŞ-ın Qüdsdəki (Yerusəlim) yeni səfirliyinin açılış mərasimi ərəfəsində amerikalı liderin şərəfinə atılıb.
Klubun tam adı "Beytar Tramp Yerusəlim" olacaq. "Beytar" rəhbərliyi Trampın sevgi və dəstəyi qarşılığında belə bir jest etdiyini açıqlayıb.
"Beytar" İsrailin 6 qat çempionu və 7 qat kubok, 2 qat Superkubokunun sahibidir.