Frants Bekkenbauer şübhəlilər siyahısına düşdü
21 oktyabr 2015 21:24 (UTC +04:00)

Frants Bekkenbauer şübhəlilər siyahısına düşdü

0

İspaniya Futbol Federasiyasının prezidenti və UEFA-nın birinci vitse-prezidenti Anxel Mariya Vilyar və tanınmış alman futbol adamı, məşqçi Frants Bekkenbauerin adı FİFA-nın məlum rüşvət qalmaqalında şübhəlilər siyahısındadı.

 

Apasport.az-ın FİFA-nın rəsmi saytına istinadən məlumatına görə, artıq bu iki futbol adamının adı araşdırılma aparılması üçün qurumun etika komitəsinə təqdim olunub.

 

Qeyd edək ki, Vilyar 2018-ci ildə baş tutacaq Dünya Çempionatının Təşkilat Komitəsinin sədridir. Bekkenbauer isə 2006-cı ildəki mundialın əsas “təşkilatçısı” idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 407

Oxşar yazılar