Fransa futbolunda növbəti seks qalmaqalı baş verib. Lent.az-ın RTL telekanalına istinadən verdiyi məlumata görə, Paris prokurorluğu Fransa milli komandasının futbolçularından birinin yetkinlik yaşına çatmayan - 16 yaşlı fahişə ilə əlaqədə olması faktı ilə bağlı ilkin araşdırmalara başlayıb.
Futbolçunun kimliyi açıqlanmır. Yüngül əxlaqlı qadının isə əvvəllər xırda qarətlərlə bağlı cinayət işlərində adının keçdiyi bildirilir.
Qeyd edək ki, 2010-cu ildə Fransa millisinin yarımmüdafiəçisi Frank Riberi və hücumçu Kərim Benzema da qeyri-qanuni əlaqələrdə ittiham olunublar.