FHN-nin təmsilçisi bürünc mükafat qazandı
06 fevral 2015 11:51 (UTC +04:00)

FHN-nin təmsilçisi bürünc mükafat qazandı

Fevralın 4- 5-də Şağan Olimpiya Mərkəzində Cüdo üzrə gənclər arasında Azərbaycan çempionatı keçirilib. Lent.az-ın məlumatına görə, çempionata qatılan 36 komandadan 315 idmançı gücünü sınayıb. Fövqəladə Hallar Nazirliyinin komandası da yarışda iştirak edib. 73 kq çəkidə qurumu təmsil edən Abdullayev Ucal çempionatın bürünc mükafatçısı olub.

Qeyd edək ki, yarışın baş hakimi Zair Məmmədov, məşqçi Taleh Sadıqov idi. Çempionat Olimpiya sistemi ilə keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 117
avatar

Oxşar yazılar