Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts “Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Allahverdiyevi əfv edib. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, təcrübəli müdafiəçi yığmamızın Bakıda keçirdiyi təlim-məşq toplanışına dəvət edilib.
Allahverdiyev Lüksemburqla martın 22-də və Portuqaliya ilə martın 26-da 2014-cü il dünya çempionatının seçmə qrup matçlarında üz-üzə gələcək yığmamızın hazırlıq prosesinə qatılıb.
Daha öncə “Bakı”nın müdafiəçisi Aqil Nəbiyev zədə səbəbindən heyətdən çıxarılıb. Əvəzində “Simurq”un oyunçusu İlkin Qırtımova dəvət göndərilib.
Qeyd edək ki, Elnur Allahverdiyev ötən il sentyabrın 29-da “Turan”la “Xəzər Lənkəran” arasında keçirilmiş Topaz Premyer Liqası matçı zamanı hakimə tüpürüb. Məhz bu hərəkətindən sonra Berti Foqts futbolçunu yığmadan kənarlaşdırıb.