Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqtsun işsiz günləri çox çəkməyə bilər. Lent.az-ın məlumatına görə, 67 yaşlı alman mütəxəssis fəaliyyətini ölkəsində davam etdirməyə çox yaxındır. Belə ki, Armin Fenin istefasından sonra “Ştutqart”ın baş məşqçi postuna məhz Foqtsun adı hallanır. Almaniya mətbuatı tərəflər arasında danışığın getdiyini iddia edir.
Qeyd edək ki, Fe bu ildən “Ştutqart”ın sükanı arxasında idi.