Millimizin Xorvatiyaya biabırçı (0:6) məğlubiyyətindən sonra baş məşqçi Berti Foqts mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Apasport-un məlumatına görə, alman çalışdırıcı istefa verəcəyinə işarə vurub: “Hesab oyuna görə oldu. Bir komanda sona qədər mübarizə apardı, digəri isə fiziki cəhətdən çatdırmadı. Azərbaycan yığması 3 gündən bir oyun keçirə bilmir. Menecerim AFFA ilə əlaqə saxlayacaq. Belə şərtlərlə mənim Azərbaycan millisində gələcəyim ola bilməz. Futbolçulara cinahlarda rəqibə qarşı yaxın oynamağı tapşırmışdım. Təəssüf ki, biz passiv müdafiə olunduq. Bizdə rəqibə yaxın oynamağa son dəqiqələrə kimi güc qalmır. Ona görə də bu alınmır. Artıq 20-ci dəqiqədən sonra bizdə güc qalmamışdı. Biz azərbaycanlı futbolçuların yaxşı oynadığını görmüşük. Amma bu gün alınmadı. Mən bu gün futbolçulardan az səhv etmişəm”.