Azərbaycan çempionatının 8-ci turunda "Sumqayıt"la qarşılaşacaq “Neftçi” hazırlığını davam etdirir. Artıq komandanın kapitanı Flavinyo da “ağ-qaralar”ın məşqlərinə qatılır. Lakin İtaliyadakı müalicəsini başa vuraraq geri qayıdan braziliyalı hələlik fərdi hazırlıq keçir. Paytaxt təmsilçisinin digər yarımmüdafiəçisi Julius Vobay isə Syerra-Leone millisində növbəti oyununu keçirib. O, Afrika Millətlər kubokunun seçmə mərhələsinin Kamerunla matçında (0:0) start heyətində meydana çıxıb və son dəqiqədə əvəzlənib.