FİFA-dan Rusiyanı məyus edən qərar
12 aprel 2013 17:48 (UTC +04:00)

FİFA-dan Rusiyanı məyus edən qərar

Futbol üzrə 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində Şimali İrlandiya və Rusiyanın futbol üzrə milli komandaları arasında keçirilməli olan matçın yeni tarixi müəyyənləşib. Lent.az-ın məlumatına görə, FİFA qarşılaşmanı avqustun 14-ə təyin edib.

 

Əslində bu görüş martın 22-də baş tutmalı olsa da, Belfastdakı hava şəraiti ucbatından qeyri-müəyyən vaxtadək təxirə salınmışdı. Tərəflər görüşün yeni tarixini razılaşdıra bilmirdi. Bu səbəbdən, məsələyə FİFA qarışıb və tarixi özü təyin edib. Bu isə o deməkdir ki, Rusiya millisinin avqustun 14-də Argentina ilə keçirməli olduğu yoldaşlıq görüşü həmin gün baş tutmayacaq.   

 

Qeyd edək ki, Rusiya və Şimali İrlandiya yığmaları seçmə mərhələdə Azərbaycanla eyni qrupda yer alıb. Hazırda Rusiya 12 xalla F qrupunun lideridir. Şimali İrlandiya isə 3 xalla 4-cü pillədə qərarlaşıb.

# 897
avatar

Oxşar yazılar