FİFA prezidentinin istefa xəbəri yayıldı
23 aprel 2013 12:33 (UTC +04:00)

FİFA prezidentinin istefa xəbəri yayıldı

FİFA prezidenti Yozef Blatterin saytı haker hücumuna məruz qalıb. Lent.az-ın məlumatına görə, rəsmi saytda Blatter adından korrupsiya qalmaqalları ilə əlaqədar istefaya getdiyinə dair xəbər yayılıb.

 

Hakerlər onu şahzadə Əli Bin Əl-Hüseynin əvəzləyəcəyini yazıblar. Artıq FİFA müvafiq orqanlara araşdırmalara başlaması xahişi ilə müraciət edib.

 

Qeyd edək ki, internet xuliqanları əvvəllər 2014-cü il dünya çempionatının rəsmi akkauntunu sındırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870
avatar

Oxşar yazılar