FİFA ilin ən yaxşı məşqçisi mükafatına namizədləri açıqladı
01 dekabr 2014 21:12 (UTC +04:00)

FİFA ilin ən yaxşı məşqçisi mükafatına namizədləri açıqladı

0

Apasport.az saytının məlumatına görə, ilin ən yaxşısı adına 3 çalşdırıcının adı göstərilib.

 

Bunlar ötən mövsüm “Real”la Çempionlar Liqasının qalibi olan italiyalı Karlo Ançelotti, Almaniya millisini dünya çempionu edən Yoahim Löv və 2013/2014 mövsümündə həm ÇL-də final oynayan, həm də İspaniya La Liqasını qazanan “Atletiko”nun baş məşqçisi Dieqo Simeonedi.

 

Bu “üçlük” oktyabrın 27-də açıqlanan ilkin 10 nəfərlik siyahıdan seçilib. Onlar arasında ən yaxşısı isə 2015-ci il yanvarın 12-də bəlli olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 999

Oxşar yazılar