FİFA hər gün üçün 2850 dollar ayırdı
09 yanvar 2013 11:27 (UTC +04:00)

FİFA hər gün üçün 2850 dollar ayırdı

FİFA öz futbolçularını 2014-cü il dünya çempionatına buraxacaq klublar üçün ödənişlərin həcmini açıqlayıb. Lent.az-ın məlumatına görə, klub oyunçusunun mundialda bir gününə 2850 dollar alacaq.

 

Bu məbləğ 2010-cu il dünya çempionatında ödəniləndən 1250 dollar çoxdur. Ödəmələr qarşıdakı mundialın ilk matçına 2 həftə qalmış aparılacaq. Ödənişin son günü isə futbolçunun turnirdə çıxışlarını başa vuracağı tarix sayılacaq.

 

Qeyd edək ki, 2010-cu il dünya çempionatının yekununda hamıdan çox vəsait İspaniya “Barselona”sına ödənilib. Bu, 900 min dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662
avatar

Oxşar yazılar