FİFA Ermənistan milli komandasının martın 22-də Türkmənistan yığması ilə keçirməli olduğu yoldaşlıq görüşünü ləğv edib. Lent.az-ın məlumatına görə, qurumun rəsmi saytının təqvimində həmin gün Türkmənistanın səfərdə Kamboca ilə üz-üzə gələcəyi göstərilib.
Bu görüş Asiyada səviyyəcə ikinci böyük turnir sayılan “Challenge Cup-2014” çərçivəsində baş tutacaq.
Qeyd edək ki, Ermənistan – Türkmənistan matçı İrəvanda keçirilməli idi.