Niderland Krallığında karate üzrə Premyer Liqa turniri keçirilib. Lent.az-ın məlumatına görə, turnirdə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Şəhrun Yusifova 50 kq çəki dərəcəsində gümüş mükafata layiq görülüb.
Qeyd edək ki, karate üzrə Premyer Liqa turnirində 51 ölkədən 613 idmançının iştirakı ilə fəxri kürsünün ikinci pilləsinə sahib olan xanım idmançımız Bakı-2015 Birinci Avropa Oyunlarında bu idman növündə ölkəmizi təmsil edəcək.