FHN-nin təmsilçiləri cüdo üzrə çempionatda
08 yanvar 2015 11:04 (UTC +04:00)

FHN-nin təmsilçiləri cüdo üzrə çempionatda

 

Xəzər rayon Mərdəkan Şaqan Olimpiya Mərkəzində Cüdo üzrə yeniyetmələr arasında açıq Bakı çempionatı keçirilib. Çempionatda 47 komanda iştirak edib. Yarışda Fövqəladə Hallar Nazirliyinin komandası da iştirak edib.

 

Qeyd edək ki, cüdo üzrə çempionat qızlar arasında dairəvi sistemlə, oğlanlar arasında isə olimpiya sistemi ilə keçirilib. Lent.az-ın məlumatına görə, baş hakim İbad Şahbanovun rəhbərliyi ilə keçirilən çempionatda məşqçi Taleh Sadıqov olub. Yarışın nəticələrinə görə, Fövqəladə Hallar Nazirliyini təmsil edən idmançılar aşağıdakı yerlər üzrə qalib hesab edilib.

 

36 kq çəkidə:

 

1-ci yer Kərimova Vüsalə

 

44 kq çəkidə:

 

1-ci yer Məmmədova Hülya 

 

52 kq çəkidə:

 

2-ci yer Cəfərova Əzizə

 

3-cü yer Kərimova Əfsanə. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar