FHN-nin Akademiyasının kursantları yüksək nəticələr əldə edib
11 mart 2015 15:08 (UTC +04:00)

FHN-nin Akademiyasının kursantları yüksək nəticələr əldə edib

Martın 10-da “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən XII Respublika Universiadasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının kursantları yüksək nəticələr əldə edib.

 

Lent.az-ın məlumatına görə, idmanın cüdo növü üzrə keçirilən yarışlarda FHN-in Akademiyasının kursantı Ülvi Sadıqzadə 81 kq çəki dərəcəsində çempion olub, Emil Hüseynli isə 100 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb. Hər iki idmançı yarışlara FHN-in İdman-sağlamlıq klubunun cüdo müəllimi Rasim Babayevin rəhbərliyi ilə qatılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182
avatar

Oxşar yazılar