Fevralın ən yaxşı futbolçusu açıqlandı
11 mart 2013 14:08 (UTC +04:00)

Fevralın ən yaxşı futbolçusu açıqlandı

 

Topaz Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib. Lent.az-ın məlumatına görə, bu, “Neftçi”nin hücumçusu Nikolas Kanalesdir.

 

38 KİV nümayəndəsi arasında keçirilmiş sorğu nəticəsində çilili forvard 30 səs yığıb. fevralda 4 oyuna 5 qol vurmuş Kanales ən yaxşı oyunçu seçilməsində təkcə özünün deyil, bütün komandanın əməyini vurğulayıb: “Bu, bütün komandamın mükafatıdır. Onlar olmasaydı, ən yaxşı seçilməzdim. Mənə səs verən hər kəsə təşəkkür edirəm”.

 

Fevralla müqayisədə 28 yaşlı hücumçu bu ay elə də məhsuldarlıq göstərmir. Hətta “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bundan narazılığını gizlətməyib. Kanalesin özü isə komandasının qələbə qazanmasını daha vacib sayıb: “Əvvəllər hər oyunda qol vururdum. Amma son 2 matçda fərqlənə bilmirəm. Ola bilsin, baş məşqçimizin narahatlığı bundan yaranıb. Əsas məsələ odur ki, komandamız qələbələrini sıralayır, Azərbaycan Kubokunda yarımfinala yüksəlmişik, Premyer Liqada isə liderik”.

 

Qeyd edək ki, Nikolas Kanalesə Peşəkar Futbol Liqasının və çempionatın baş sponsoru Topaz-ın xüsusi mükafatı təqdim olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 946
avatar

Oxşar yazılar