Əziz Yıldırımın həsrəti başa çatır
23 fevral 2015 11:11 (UTC +04:00)

Əziz Yıldırımın həsrəti başa çatır

0

“Fənərbaxça”nın prezidenti Əziz Yıldırımın stadionlara daxil olmaqla bağlı cəzası başa çatıb. Lent.az-ın Türkiyə saytlarına istinadən məlumatına görə, keçən həftə “Qaziantepspor”la oyunda komandasını stadiondan izləyən Yıldırım bu dəfə 1 aydan artıq vaxtdır ki, həsrət qaldığı doğma stadionda - Şükrü Saracıoğlu adına arenada komandasına dəstək verəcək. Əziz Yıldırım bu gün keçiriləcək “Fənərbaxça” - “Aksihar Bələdiyəspor” qarşılaşmasını canlı izləyə biləcək.

 

Qeyd edək ki, Əziz Yıldırım cəzalı olduğu müddətdə komandasının ev oyunlarını “FB TV”-dən, səfər oyunlarını isə oteldən izləyirdi.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 339

Oxşar yazılar