"Fənərbağça" prezidenti futbolçusunu hədələdi
24 mart 2015 10:56 (UTC +04:00)

"Fənərbağça" prezidenti futbolçusunu hədələdi

 

“Fənərbağça” klubun prezidenti Əziz Yıldırım  Emenikeni hədələyib. Lent.az-ın "Fotomaç" qəzetinə istinadən məlumatına görə, “Beşiktaş”la oynanılan qarşılaşmanın birinci hissəsində Emenikenin “Fənərbağça” formasını çıxartması Əziz Yıldırımı çox qəzəbləndirib. Qələbə qazanılmasına baxmayaraq oyun bitdikdən sonra Ə.Yıldırım nigeriyalı hücumçunun menecerinə zəng edərək Emenikenin özünü yığışdırmasını istəyib. O, heç bir futbolçusunun “Fənərbağça” formasını istədiyi vaxt çıxarıb, istədiyi vaxt geyinə bilməcəyini vurğulayıb. Klub prezidenti futbolçunun özünü düzəltməməsi halında onun futbol həyatını sonlandıracağını deyib.  Aziz Yıldırım hücumcuya Krasic və Orteqa misalını çəkərək onu hədələyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar