İstanbulun “Fənərbaxça” klubunun prezidenti Aziz Yıldırım yenə qalmaqallı açıqlamalarla diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, yerli televiziyalardan birində canlı yayıma qonaq olan prezident mətbuatda çıxan bəzi xəbərlərə sərt reaksiya verib.
Qardaş ölkə mətbuatında yer alan xəbərlərə görə, “Fənərbaxça”nın idman direktoru Terraneo rəhbərlikdən heç kimin klubun bazasına girməyinə icazə verilmədiyini demişdi. Aziz Yıldırım isə bu sözlərə belə qarşılıq verib:
“Prezident istədiyini alar, istədiyini göndərər. Mənim pul verib işə götürdüyüm adamlar mənə heç bir qadağa qoya bilməzlər. Adamın qulağından tutub çölə ataram”.