Ərsun Yanal: “Şeydayevdən gözlədiyimizi ala bilmirik”
27 dekabr 2016 01:21 (UTC +04:00)

Ərsun Yanal: “Şeydayevdən gözlədiyimizi ala bilmirik”

0

Türkiyə Super Liqasının XVI turunda “Fənərbaxça” ilə qarşılaşan “Trabzonspor” 0:3 hesablı məğlubiyyətə üzülüb. Apasport.az saytının məlumatına görə, oyundan sonra “qaradənizlilər”in baş məşqçisi Ərsun Yanal matç haqqında danışarkən, Ramil Şeydayevdən də bəhs edib.

 

Türkiyə təmsilçisinin heyətinə düşməkdə çətinlik çəkən milli üzvündən gözlədiklərini ala bilmədiklərini qeyd edən Yanal onun gənc olduğunu vurğulayıb: “İbanez, Suk və Ramil Şeydayevdən gözlədiyimizi ala bilmədik. Düzdü, Ramil çox gənc olsa da, digərlərinin kifayət qədər təcrübələri var. Bundan sonra daha düzgün transferlər etməliyik, daha diqqətli olamalıyıq. Komandamızda Yusuf və Abdulkadir kimi gənc futbolçular var. Yusuf özünü gənc kimi göstərmir və belə davam etsə, daha çox şans qazanacaq. Abdulkadirin isə bir qədər zamana ehtiyacı var”.

 

Qeyd edək ki, millimizin üzvü Ramil Şeydayev mövsümün əvvəlində "Zenit"dən "Trabzonspor"a transfer olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 349

Oxşar yazılar