Türkiyənin “Beşiktaş” klubu daha bir futbolçunun keçidini həyata keçirib. Lent.az-ın məlumatına görə, “ağ-qaralar” Fransa “Renn”ində çıxış edən Mevlüt Ərdinçlə müqavilə bağlayıb.
Anlaşmaya əsasən, 26 yaşlı türkiyəli hücumçuya ildə 1,2 milyon avro ödəniləcək. Hazırda Ərdinçin klubu ilə transfer məbləğinə dair danışıqlar gedir. “Renn”in istədiyi 3 milyon avro qarşılığında “Beşiktaş” rəhbərliyi sonradan satın alma şərti ilə təcrübəli forvardı icarəyə götürmək niyyətindədir.
Qeyd edək ki, daha öncə Rusiya “Rubin”indən Gökhan Törə “qara qartallar”a transfer olub.