Topaz Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifi mükafatlandırılacaq. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar martın 11-də AFFA-nın inzibati binasında tədbir keçiriləcək.
Tədbirdə, həmçinin, Azərbaycan çempionatları tarixində vurulmuş 10 000-ci qolun müəllifinə də PFL və Topaz tərəfindən xüsusi mükafat təqdim ediləcək.
Qeyd edək ki, 10000-ci qolun müəllifi “Bakı” klubunun hazırkı kapitanı Elvin Məmmədov, ən gözəl qolun müəllifi “İnter”in oyunçusu Asif Məmmədovdur. Bu, Topazın Premyer Liqaya baş sponsorluğundan sonra həyata keçirilən ilk layihədir.