Türkiyə millisinin yarımmüdafiəçisi Əmrə Bəlözoğlunun yeni klubu bəlli olub.
Lent.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, “Fənərbaxça”dan ayrılan futbolçu "Başakşəhər" klubu ilə anlaşıb. Klubdan verilən məlumata görə, 35 yaşlı futbolçu ilə 2 illiyə kontrakt imzalanıb. Əmrə Bəlözoğlunun imza mərasimi bu gün "Fatih Terim" stadionunda keçiriləcək.
Qeyd edək ki, Əmrə Bələzoğlu kariyerasında “İnter”, “Nyukasl”, "Atletiko Madrid" kimi klubların formasını geyinib.