<b>Millimizin üzvü Portuqaliyada qol vurdu</b> - <span style="color:red;">VIDEO
23 dekabr 2016 11:36 (UTC +04:00)

Millimizin üzvü Portuqaliyada qol vurdu - VIDEO

Portuqaliya Premyer Liqasında XV tur davam edir. Apasport.az saytının məlumatına görə, milli oyunçularımız Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” da növbəti matçına çıxıb.

 

Həmyerlilərimizin komandası səfərdə “Nasional”la qarşılaşıb. Görüş "damalılar"ın qələbəsi ilə yekunlaşıb.

 

Hər iki futbolçumuz matça start heyətində başlayıb. Oyunda hesabı Emin açıb. O, 11-ci dəqiqə fərqlənib. 39-cu dəqiqə sarı vərəqə ilə cəzalanan Mahmudov 62-ci dəqiqədə isə zədələnərək yerini komanda yoldaşına verib.

 

Kamran Ağayev isə 90 dəqiqə meydanda olub və 69-cu dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

 

Qeyd edək ki, bu qələbə ilə hesabında 17 xal olan "Boavişta" turnir cədvəlinin 9-cu pilləsinə yüksəlib.

 

Portuqaliya Premyer Liqası

XV tur

22 dekabr

 

“Nasional” – “Boavişta” - 0:2

Qollar: Emin Mahmudov, 11, Santos, 33

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308

Oxşar yazılar