Xorvatiya ilə oyun millimizin heyətində uğurlu debüt edən Emil Balayev karyerasını Türkiyədə davam etdirə bilər.
Lent.az sport7.az-a istinadən xəbər verir ki, Emilin etibarlı çıxışı "Konyaspor” skautlarının diqqətini cəlb edib. Bu barədə "azerifootball.com” məlumat yayıb.
Emil bu mövsüm Qazaxıstan çempionatının lideri "Tobol”un heyətində 25 oyunda qapını qoruyub. Bu oyunların 18-də həmyerlimiz qapını toxunulmaz saxlamağı bacarıb.
Qeyd edək ki, yayda "Konyaspor” Qazaxıstandan ilk transferini reallaşdırıb. "Astana”nın müdafiəçisi Marin Aniçiç hazırda "Konyaspor”un heyətində çıxış edir.