Elmar Qasımov AFFA İcraiyyə Komitəsindən istefa verdi
19 fevral 2015 15:16 (UTC +04:00)

Elmar Qasımov AFFA İcraiyyə Komitəsindən istefa verdi

 

AFFA-nın İcraiyyə Komitəsində (İK) üzvlüyə daha bir namizədin adı bəlli olub. Apasport.az saytının məlumatına görə, İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən təhsil nazirinin müavini Firudin Qurbanovun komitə üzvlüyünə namizədliyi irəli sürülüb.

 

Buna birliyin İK üzvü olan iki təmsilçisindən birinin komitədən ayrılmaq istəyi səbəb olub.

 

Belə ki, Elmar Qasımov AFFA rəhbərliyinə ərizə ilə müraciət edərək işlərinin çoxluğu səbəbindən üzvlükdən istefa verdiyini bildirib. O, istefasının qəbul olunmasını da xahiş edib. Bununla bağlı, birlik Qurbanovun namizədliyini məqsədəuyğun sayıb. Onun İK-ya namizədliyi İctimai Futbol Təşklatları İctimai Birliyinə Futbol Hakimləri Birliyindən verilib.

 

Qeyd edək ki, İK-ya seçki AFFA-nın 2015-ci il martın 6-da təşkil olunacaq növbəti Konfransında keçiriləcək. Qurbanova qədər Vaqif Sadıqovun da komitə üzvlüyünə namizədliyi irəli sürülmüşdü.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar