Əfsanəvi futbolçuya 5 ölkədən dəstək
31 yanvar 2015 00:55 (UTC +04:00)

Əfsanəvi futbolçuya 5 ölkədən dəstək

0

FİFA prezidentliyinə namizədliyini irəli sürəcəyini açıqlayan Portuqaliya yığmasının, həmçinin “Barselona”, “Real” və “İnter”in sabiq yarımmüdafiəçisi Luiş Fiquya 5 ölkədən dəstək gəlib.

 

Apasport.az saytının məlumatına görə, əfsanəvi oyunçuya mayın 29-da ali futbol qurumuna rəhbər postuna keçiriləcək seçkilərdə Danimarka, Lüksemburq, Makedoniya, Çernaqoriya və Polşa səs verəcək.

 

Bundan başqa, Fiqunu öz doğma ölkəsi də dəstəkləyəcək.

 

Qeyd edək ki, 1998-ci ildən FİFA prezidenti vəzifəsini icra edən Blatter ardıcıl 5-ci dəfə bu posta namizədliyini irəli sürüb. Onun rəqibləri Luiş Fiqu ilə yanaşı, Jerom Şampan, Əli ibn Əl-Hüseyn, David Jinola və Mixael van Praaq olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 357

Oxşar yazılar