Mətbuat Şurasının sədri Əflatun Amaşov AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğluna 50 illik yubileyi münasibəti ilə təbrik məktubu göndərib. Lent.az-ın məlumatına görə, təbrik məktubunda M. Nərimanoğluna can sağlığı, fəaliyyətində yeni-yeni uğurlar arzu edilib.
Qeyd edək ki, M. Nərimanoğlu AFFA-nın departament rəhbəri olmaqla yanaşı, "Futbol dünyası" qəzetinin baş redaktoru, əməkdar jurnalistdir.