Dünyanın idman jurnalistləri də terroru pislədi
16 aprel 2013 18:39 (UTC +04:00)

Dünyanın idman jurnalistləri də terroru pislədi

0

Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİPS) Rusiyanın Soçi şəhərində keçirilən 76-cı konqresində ABŞ-da Boston marafonu zamanı törədilən terror aktı pislənilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, toplantı zamanı dünya idman jurnalistlərinin terror aktını pisləyən bəyanatı səsləndirilib.

 

Hadisə zamanı biri 8 yaşında olmaqla 3 günahsız insanın həlak olduğu və yüzlərlə insanın yaralandığı bildirilib. Konqresdə 2020-ci il Yay Olimpiya Oyunlarına namizəd Türkiyənin İstanbul Yaponiyanın Tokio şəhərlərin təqdimatları da keçirilib. Bundan başqa AİPS İcraiyyə Komitəsinə gizli səsvermənin texniki qaydaları barədə konqres iştirakçılarına məlumat verilib.

 

Bundan sonra Moskvada avqustun 10-dan 18-dək keçiriləcək atletika dünya çempionatı, 2014-cü ildə Nanjinqdə keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunları, Belarusda keçiriləcək hokkey üzrə dünya çempionatına hazırlıqla bağlı təqdimatlar olub.

 

Qeyd edək ki, AİPS-in konqresinə aprelin 19-da yekun vurulacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 533

Oxşar yazılar