Məşhur braziliyalı futbolçu Rivaldo yeni klubla müqavilə bağlayıb. Lent.az-ın məlumatına görə, 41 yaşlı hücumçu karyerasını Braziliyanın ikinci divizionunda çıxış edən “San-Kaetano”da davam etdirəcək.
O, Anqola “Kabuşkorp”unu tərk etdikdən sonra yeni klubuna azad agent kimi keçib.
Qeyd edək ki, 1999-cu ilin ən yaxşı futbolçusunun vətənində sonuncu klubu “San-Paulu” olub. Rivaldo bu komandada 2011-ci ildə çıxış edib.