Dünyanın ən gənc FİFA referisi “Neftçi” - “İnter” matçında
21 fevral 2013 13:04 (UTC +04:00)

Dünyanın ən gənc FİFA referisi “Neftçi” - “İnter” matçında

 

Futbol üzrə Topaz Premyer Liqasında XXI turun oyunlarına hakim təyinatları açıqlanıb. Lent.az-ın məlumatına görə, turun mərkəzi görüşünə 26 yaşlı beynəlxalq dərəcəli hakim Əliyar Ağayev təyinat alıb.

 

Dünyanın ən gənc FİFA referisi “Neftçi” ilə “İnter” arasında keçiriləcək paytaxt derbisinin baş hakimi olacaq. Qarşılaşmanın əhəmiyyəti ondadır ki, flaqman qələbə qazansa, lideri “taxt”dan salacaq. 

 

Digər gənc FİFA referisi Rəhim Həsənov bu dəfə təyinatsız qalıb. O, ötən tur “Simurq” – “Neftçi” matçının (0:2) baş hakimi olub. Əvəzində təcrübəli beynəlxalq dərəcəli hakim Anar Salmanov Zaqatala təmsilçisinin “Bakı” ilə keçirəcəyi görüşü idarə edəcək. “Qarabağ” – “Xəzər Lənkəran” matçında keçmiş beynəlxalq dərəcəli hakimlərdən Fariz Yusifov baş hakim, Vüsal Əliyev isə ehtiyat hakim olacaq. Futzal üzrə FİFA referisi Elçin Məmmədova isə “Rəvan” – “Qarabağ” qarşılaşması həvalə olunub.

 

22 fevral (cümə)

 

15:00. “Rəvan” (Bakı) – “Qarabağ” (Ağdam)
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Ömər Paşayev

Bakı, “Bayıl Arena”

 

17:00. “Simurq” (Zaqatala) – “Bakı”
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Zeynal Zeynalov, Namiq Bəkirov

Zaqatala şəhər stadionu

 

23 fevral (şənbə)

 

15:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Vüsal Əliyev

Qəbələ şəhər stadionu

 

17:00. “Neftçi” (Bakı) – “İnter” (Bakı)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov

Bakı, “Bakcell Arena”

 

18:00. AZAL (Bakı) – “Kəpəz” (Gəncə)
Hakimlər: Rauf Cabbarov, Ramiz Əsədov, Elşən Acalov, Ramil Diniyev

Bakı, “AZAL Arena”

 

24 fevral (bazar)

 

15:00. “Sumqayıt” – “Turan” (Tovuz)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rza Məmmədov, Feyzulla Feyzullayev

Bakı, “Bayıl Arena”.

 

# 1255
avatar

Oxşar yazılar