Dünya şahmatçıları Naxçıvanda
22 aprel 2013 12:11 (UTC +04:00)

Dünya şahmatçıları Naxçıvanda

Aprelin 22-də Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Naxçıvan Open 2013”  beynəlxalq şahmat festivalı start götürəcək. Azərbaycan Şahmat Federasiyasından Lent.az-a verilən məlumata görə, Naxçıvan şəhərində keçiriləcək festivala 15 ölkədən 253 şahmatçı qatılacaq.

 

Onlardan 31-i qrossmeyster, 12-si beynəlxalq usta, 10-u FİDE ustasıdır. İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq festival çərçivəsində 3 turnir (A, B ve C) keçiriləcək. Oyunlar hər gün saat 15:00-da başlanır.

 

Festivala mayın 1-də yekun vurulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 736
avatar

Oxşar yazılar