Dünya futbolunun əfsanəsi Pele karyerası ərzində qazandığı mükafatlarını satışa çıxarıb. Apasport.az saytının məlumatına görə, “futbol kral”ı bunu xeyriyyə məqsədi üçün edib.
Artıq auksionun ən bahalı lotu – Jül Rimenin dünya kubokunun birəbir kopiyası satılıb. Kuboku alan müştəri onun üçün 500 min avrosundan keçməli olub.
Bundan əlavə lotlar arasında 3 dünya çempionluğu medalı və digər kubok və mükafatlar var.
Pele bu satışdan 4 milyon avro əldə etməyi planlaşdırır. Bu məbləğin böyük bir qismi Braziliyadakı uşaq xəstəxanalarına sərf olunacaq.