Dünya çempionumuzun yubileyi Dövlət Bayrağı Meydanında qeyd olunacaq
01 fevral 2013 15:36 (UTC +04:00)

Dünya çempionumuzun yubileyi Dövlət Bayrağı Meydanında qeyd olunacaq

Fevralın 1-də 50 yaşı tamam olan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayevin yubiley mərasimi Dövlət Bayrağı Meydanında təşkil olunacaq. Lent.az-ın məlumatına görə, tədbir bu gün dövlət səviyyəsində qeyd ediləcək.

 

Mərasimə dövlət xadimləri, MOK rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, olimpiya çempionları, digər tanınmış idmançılarımız qatılacaqlar.

 

Qeyd edək ki, Xəzər Ağəli oğlu İsayev 1 fevral 1963-cü ildə Ağdaş rayonunda anadan olub. O, sərbəst güləş üzrə dünya çempionu (1986), iki dəfə Avropa çempionu (1986, 1987), Dünya Kubokunun qalibi, dəfələrlə SSRİ çempionu olub. SSRİ-nin əməkdar ustası, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının ali ordeninin sahibi, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük xidməti polkovnikidir. 50 illik yubileyi öncəsi prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə gömrük işinin inkişaf etdirilməsində xidmətləri və dövlət qulluğunda səmərəli fəaliyyəti qarşılığında 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

 

Elşən MƏMMƏDOV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1050
avatar

Oxşar yazılar