Dünya çempionatının açılış oyununun stadionunda işlər dayandırıldı
01 aprel 2014 13:03 (UTC +04:00)

Dünya çempionatının açılış oyununun stadionunda işlər dayandırıldı

Braziliya hökuməti San-Pauludakı “Arena Korintians”da müvəqqəti tribuna tikintisini dayandırıb. Lent.az-ın məlumatına görə, buna ötən şənbə günü stadionda fəhlələrdən birinin ölümü səbəb olub.

 

Fəhlə 8 metr hündürlükdəki dayaq üzərindən yıxılıb. Bu, artıq “Korintians Arena”da 3-cü ölüm hadisəsidir. Ötən ilin noyabrında stadionun tikinti meydançasında kranın aşması nəticəsində 2 nəfər ölüb.

 

Qeyd edək ki, dünya çempionatının açılış oyunu iyunun 12-də məhz “Korintians Arena”da keçirilməlidir. Həmin matçda Braziliya və Xorvatiya milliləri üz-üzə gəlməlidirlər. Amma inşaatçılar qalan müddətədək stadionu istifadəyə verməkdə çətinliklə üzləşiblər. İşlərin yenidən dayandırılması onlara əlavə problemlər yaradacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 944
avatar

Oxşar yazılar