Draytulinq üzrə ikinci Respublika Çempionatı keçiriləcək
19 dekabr 2014 14:01 (UTC +04:00)

Draytulinq üzrə ikinci Respublika Çempionatı keçiriləcək

0

 

 

20-21 dekabr 2014-cü il tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə “ClimBaku” İdman Dırmanma Mərkəzində Draytulinq (Drytooling) üzrə ikinci Respublika Çempionatı keçiriləcək. Federasiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalar üzrə keçiriləcək Çempionatda FAİREX-in Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox idman klubunun iştirak edəcəyi gözlənilir. 

Çempionatın keçirilməsində əsas məqsəd ölkənin ən güclü idmançılarını müəyyən etmək və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək milli komanda formalaşdırmaqdır.

 

Draytulinq üzrə Respublika Çempionatının yüksək səviyyədə təşkil olunması üçün Federasiyanın tərkibində fəaliyyət göstərən klubların idmançıları hazırda “ClimBaku” İdman Dırmanma Mərkəzində böyük həvəslə məşq edirlər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 317

Oxşar yazılar