Draytulinq üzrə II Respublika Çempionatının təsnifat mərhələsi keçirilib
22 dekabr 2014 12:08 (UTC +04:00)

Draytulinq üzrə II Respublika Çempionatının təsnifat mərhələsi keçirilib

0

 

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) "ClimBaku" İdman Dırmanma Mərkəzində keçirdiyi Draytulinq üzrə II Açıq Respublika Çempionatının təsnifat mərhələsi dekabrın 20-də başa çatıb.

 

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, çempionatda Azərbaycanın müxtəlif bölgələrindən olan 30 klubun 100-ə yaxın idmançısı iştirak edib.

 

Dekabr 28-də isə final mərhələsi ilə davam edəcək çempionata İran, Türkiyə, Dağıstan və Gürcüstan idmançılarının da qatılacağı gözlənilir.

 

Qeyd edək ki, draytulinq buzadırmanma alətləri ilə süni divarda dırmanma yarışıdır.

 

Xatırladaq ki, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) dəstəyi ilə dekabrın 11-14-də ABŞ-ın Montana ştatında keçirilmiş draytulinq yarışmasında Azərbaycanın milli yığma komandası müvəffəqiyyətlə çıxış edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 459

Oxşar yazılar