Dmitri Nazarov millidən kənarlaşdırıldı
09 noyabr 2015 12:14 (UTC +04:00)

Dmitri Nazarov millidən kənarlaşdırıldı

0

Azərbaycan milli komandasının Moldova yığması ilə keçirəcəyi beynəlxalq yoldaşlıq oyunu üçün açıqlanmış heyətində dəyişiklik edilib. Apasport.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, Almaniyanın “Karlsrue” klubunun yarımmüdafiəçisi Dmitri Nazarov zədələndiyi üçün yığmanın toplanışında iştirak etməyəcək.

 

Komandamızın baş məşqçi Robert Prosineçki milliləşdirilmiş legionerin əvəzinə “Sumqayıt” klubunun futbolçusu Ağabala Ramazanovu düşərgəyə çağırıb.

 

Qeyd edək ki, Moldova ilə matç noyabrın 17-də Bakı Olimpiya Stadionunda olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 231

Oxşar yazılar