Türkiyənin “Bursaspor” futbol klubunun rəhbərliyi komandasının yeni baş məşqçisi postuna Dieqo Maradonanı gətirmək niyyətindədir. Lent.az-ın məlumatına görə, kluba yaxın çevrələrdən artıq əfsanəvi hücumçunun menecerləri ilə danışıqlara başlanıldığı barədə xəbərlər ortaya çıxıb.
“Bursaspor” rəhbərliyinin Maradona üçün istənilən məbləğdə vəsaitindən keçməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, Dieqo Maradona əvvəllər Argentinanın “Rasinq” klubu və milli komandasının, eləcə də BƏƏ “Əl-Vasl”ının baş məşqçisi olub. “Bursaspor”un sükanı ötən gün Ertuğrul Sağlamın istefa verməsindən sonra boşalıb.